Azərbaycan Beynəlxalq Kosmonavtika Konqresinə uğurla hazırlaşıb - IAF-ın prezidenti

Azərbaycan Beynəlxalq Kosmonavtika Konqresinə uğurla hazırlaşıb - IAF-ın prezidenti

Bakı. TurkicWorld:

Azərbaycan kosmik tədqiqatlar sahəsində fəal iştiraka hazır olduğunu nümayiş etdirərək Beynəlxalq Kosmonavtika Konqresinə uğurla hazırlaşıb.

TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri oktyabrın 1-də qurumun Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında deyib.

O, dünyanın bu sahədə kosmik və texnologiyanın inkişafı istiqamətində böyük addımlar atdığını və bunun qlobal məqsədlərə nail olmaq üçün kosmik sektorda beynəlxalq əməkdaşlığın və elmi tədqiqatların vacibliyini qəbul edən BMT tərəfindən fəal şəkildə dəstəkləndiyini qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.

Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.