Son dəqiqə

Azərbaycan Qarabağ Ağdam-Xankəndi yolu Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Bakıdan göndərilən 40 ton un yüklü karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Bakı. TurkicWorld:

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

TurkicWorld-in Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Qeyd edək ki, AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.

Mövzuya görə xəbərlər