Azərbaycan Azərbaycan Güləş Federasiyası

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında yeni rekorda imza atıb

Bakı. TurkicWorld:

Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından TurkicWorld-a bildirilib ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da U-15 Avropa çempionatları tarixində sərbəst güləş millimizin yeni rekordudur.

Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.

Mövzuya görə xəbərlər