MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə göndərilən yeniyetmələr qurumun İngiltərə rəhbəri ilə görüşüblər

MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə göndərilən yeniyetmələr qurumun İngiltərə rəhbəri ilə görüşüblər

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan tərəfindən İngiltərəyə göndərilən İbrahim Zeynalov və Tofiq Bayramov qurumun İngiltərə rəhbəri Murat Bingöl ilə görüşüblər.

Bu barədə MÜSİAD-dan TurkicWorld-a verilən məlumatda deyilir.

Məlumata əsasən, səfər zamanı İbrahim Zeynalov və Tofiq Bayramov Van millət vəkili Burhan Kayatürk ilə də görüşüb.

Görüş zamanı Murat Bingöl və Burhan Kayatürk yeniyetmələrə tövsiyyələr verməklə yanaşı, onları MÜSİAD haqqında məlumatlandı

Qeyd edək ki, daha əvvəl MÜSİAD Azərbaycan ingiliscə danışaraq məşhurlaşan Xınalıq kənd sakini 13 yaşlı İbrahim Zeynalov ilə, daha bir balaca həmyerlimiz Bayramov Tofiq Hacıbaba oğlunu İngiltərəyə oxumağa göndərəcəyini bildirmişdi.

Məlumat üçün bildirək ki, Bayramov Tofiq 2008-ci ildə Quba şəhərində doğulub və hal hazırda orada yaşayır. Quba Fizika İnformatika Təmayüllü liseyi şagirdi olan Tofiq, bir sıra beynəlxalq və Respublika səviyyəli yarışların iştirakçısı və qalibidir. O əsasən müxtəlif robotların hazırlanması,oyuncaq avtomobillərin modifikasiya ilə məşğuldur.

2022-ci ildə Bakıda keçirəln beynəlxalq STEM yarışmasında "SURVİVOR" axtarış və xilasetmə robotunun hazırlanması layihəsi uzrə qızıl medalla təltif edilib və "Yaxşıların Yaxşısı" seçilib.

Xınalıq kənd sakini İbrahim Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

13 yaşlı İbrahim sinifdə "ingilis dili çempionu" olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını da bildirib.

Xatırladaq ki, yeniyetmələr 5 iyul tarixində İngiltərəyə yola düşüblər.