Son dəqiqə

Emin Əmrullayev

“Azərbaycan-Türkiyə” universitetin təsis edilməsi üzrə işlər son mərhələdədir - Nazir

Bakı. TurkicWorld:

"Azərbaycan-Türkiyə" universitetin təsis edilməsi üzrə işlər son mərhələdədir.

TurkicWorld-un məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Dünyadaki Azərbaycanlı Təbiblərin Simpoziumu"da çıxışında bildirib.

"Həmin universitet tərkibində tibb təhsilinin olması bizim üçün vacib şərtdir",- deyə nazir bildirib.

Xatırladaq ki, Bakıda "Dünyadaki Azərbaycanlı Təbiblərib Simpoziumu" (Simpozium) keçirilir.

Simpoziumun keçirilməsi tibb sahəsindəki yeniliklərin öyrənilməsi, xaricdə çalışan azərbaycanlı həkimlərin ölkəmizə qayıdaraq tibb müəssisələrində fəaliyyətə təşviqi, onların yerli kadrlarla nəzəri və əyani təcrübə mübadiləsi və kommunikasiyalarının artırılması baxımından səhiyyəmizə mühim töhfələr verəcəkdir. Tədbirdə dövlət qurumu rəsmiləri, millət vəkilləri, media nümayəndələri iştirak edir.

Mövzuya görə xəbərlər