Bakı. TurkicWorld:
Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir.
TurkicWorld xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, bu kompleks bir işdir:
"Əhalinin köçürülməsi planlarına uyğun olara bu tədbirlər həyata keçirilir. Bizim bu il ən böyük layihəmiz Qarabağ Universitetidir. Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları üçün də məktəb təminatı olacaq", - deyə E.Əmrullayev bildirib.