Son dəqiqə

Lingva Tədris Mərkəzi

Lingva Tədris Mərkəzi uşaqlar üçün İngilis dilli yay məktəbi təşkil edir

Bakı, TurkicWorld:

Lingva Tədris Mərkəzi 9-12 yaşlı uşaqlar üçün İngilis dilli yay məktəbi təşkil edir.

TurkicWorld xəbər verir ki, yay məktəbi həftənin dörd günü, üç saat keçirilməklə övladlarınızın tam ingilis dilli mühitdə həm biliklərini inkişaf etdirməyə, həm də zamanını debatlar, yarışlar, araşdırma və oyun fəaliyyətləri ilə ən faydalı şəkildə keçirməyə səbəb olacaq.

Məlumata əsasən, yay məktəbinə həm də gəzinti proqramları daxildir və bu, uşaqların əyləncəli zaman keçirərək dünyagörüşlərini də artırmağa dəstək olacaq.

Proqramda iştirak qeydiyyatladır və qeydiyyat üçün son tarix 28 iyundur.

Mövzuya görə xəbərlər