Dövlət Gömrük Komitəsinin Akademiyasında “Xaricdə Təhsil” mövzusunda təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Xaricdə Təhsil” mövzusunda təlim keçirilib

Bakı. TurkicWorld:

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Dil-İnkişaf” klubunun təşkilatçılığı və “Lingva” Tədris Mərkəzinin dəstəyi ilə Malayziyada Təhsil mövzusunda təlim keçirilib.

TurkicWorld xəbər verir ki, təlimdə ilk öncə Malayziyada təhsil layihə tərəfdaşı Rövşən Bağırov və Lingva Tədris Mərkəzinin əməkdaşı Fidan Bağırova tələbələrə bu ölkədə təhsil haqda ətraflı məlumatlar verib.

İkinci hissədə Taylor’s Universitetinin təmsilçisi Wan Yee tələbələrə xaricdə təhsil almış bir tələbənin gözündən Malayziyadakı təhsil həyatını izah edib və onların suallarını cavablandırıb.

Hafiz Rufizoğlu