Azərbaycan tələbələri Beynəlxalq Olimpiadada fərqləniblər

Azərbaycan tələbələri Beynəlxalq Olimpiadada fərqləniblər

Bakı. TurkicWorld:

Azərbaycan tələbələri Beynəlxalq İngilis Dili Olimpiadasında fərqləniblər.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, 20 aprel 2024-cü il tarixində L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Filologiya fakültəsi “Texnoloji inkişafın ətraf mühitə təsiri” mövzusunda IV Beynəlxalq Qumilyov Onlayn İngilis Dili Olimpiadasını keçirib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasının II kurs hüquqşünaslıq tələbəsi Rəşad Zeynalov və I kurs informasiya texnologiyaları tələbəsi Röya Kərimova keçirilən olimpiadada fərqlənərək III yerə layiq görülüblər.

Hafiz Rufizoğlu