Ceyhun Bayramov Cozef Borel ilə görüşüb

Ceyhun Bayramov Cozef Borel ilə görüşüb

Bakı. TurkicWorld:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə "Twitter" hesabında paylaşıb.

Qeyd edilib ki, görüş Brüsseldə baş tutub.