Son dəqiqə

Ermənistan Azərbaycan ordusu PUA Basarkeçər

Azərbaycan ordusu Ermənistan tərəfinin PUA-sını zərərsizləşdirib

Bakı. TurkicWorld:

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilmişdir.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

Mövzuya görə xəbərlər