Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlbini hədəfləyir

Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlbini hədəfləyir

Ələt azad iqtisadi zonası Azərbaycana yeni texnologiyaların cəlb olunmasını, ölkənin investisiya potensialının inkişafını hədəfləyir.

Turkic.World-un məlumatına görə, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O qeyd edib ki, azad iqtisadi zonanın normativ-hüquqi bazası iqtisadi fəaliyyətin bütün iştirakçılarının maraqlarının qorunmasını nəzərdə tutur:

"İnvestorlar və hüquqi şəxslər vergilərdən, gömrük rüsumlarından, əməkdaşların əməkhaqları üzrə vergilərdən tamamilə azad ediləcək".