Azərbaycanın modernləşdirilən Su-25 təyyarəsinin atış təlimi keçirilib

Azərbaycanın modernləşdirilən Su-25 təyyarəsinin atış təlimi keçirilib

Bakı. TurkicWorld:

Azərbaycanın modernləşdirilən Su-25 təyyarəsinin atış təlimi keçirilib.

TurkicWorld-un məlumatına görə, İkinci Qarabağ müharibəsində fəal iştirak edən Sovet istehsalı olan Su-25 Yaxın Hava Dəstəyi Təyyarəsi Türkiyənin TÜBİTAK-SAGE şirkəti tərəfindən modernləşdirilib.

“Su-25-lərin modernləşdirilməsi və müəyyən silah sistemlərinin inteqrasiyası üçün Azərbaycanla layihələrimiz var” – deyə Türkiyənin Müdafiə Sənayesi sədri İsmail Dəmir öz açıqlamasında bildirib.
TÜBİTAK-SAGE, SAGE tərəfindən hazırlanmış Qanadlı Rəhbər Kitini (KGK) Azərbaycanın Su-25 təyyarələrinə inteqrasiya edib.

Bu gün Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun daxil olduğu yüksək səviyyəli nümayəndə heyəti ilə bərabər Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın da iştirakı ilə yenidən atış testi həyata keçirilib.

Qeyd edək ki, Su-25 bu yaxınlarda ilk dəfə KGK-83-ü atəşi həyata keçirib.

TÜBİTAK-SAGE tərəfindən hazırlanmış KGK, 500lb MK-82 və 1000lb MK-83 ümumi təyinatlı bombaları uzun mənzilli ağıllı sursatlara çevirən qanadlı bələdçi dəstdir.

Ümumi xüsusiyyətləri:

• Açılan qanad qurğusu ilə uzun məsafə

• İstənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı

• İnteqrasiya edilmiş ANS/KKS (İng. INS/GPS şifrəli proqram dəstəyi) dəqiq vuruş qabiliyyəti

• F-16C Block 40 və F 4E / 2020 döyüş təyyarələri ilə uyğunluq

• Seçilə bilən atış bucağı

• Fürsət hədəflərinə hücum

• Yol nöqtəsinin izlənməsi

• MIL STD 1760 uyğunluğu

Twitter: @rufizoglu