Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümid edirəm - Nazir

Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına ümid edirəm - Nazir

Bakı. TurkicWorld:

Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların yaxın zamanda yekunlaşacağına ümid edirəm.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Vilnüsdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramovun Litva Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Litva Respublikasının dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.

Xəbər yenilənəcək