Türkiyə elə dövlətdir ki, orada hər hansı bir seçkinin nəticələrini öncədən proqnozlaşdırmaq mümkün deyil - Fazil Mustafa

Türkiyə elə dövlətdir ki, orada hər hansı bir seçkinin nəticələrini öncədən proqnozlaşdırmaq mümkün deyil - Fazil Mustafa

Bakı TurkicWorld

"Türkiyə elə dövlətdir ki, orada hər hansı bir seçkinin nəticələrini öncədən proqnozlaşdırmaq mümkün deyil".

Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, 5 ay əvvəllə 3 ay əvvəlki situasiya bir-birindən fərqlənir:

"Təbii fəlakətin Türkiyədə ictimai rəyə ciddi təsir edə biləcək bir mahiyyətdə oldu.

Elə bir prosseslər baş verə bilər ki, kimsə iqtidarın və ya müxalifətin xeyrinə situasiyanın dəyişməsinə səbəb ola bilər.
Türkiyə həm də, sürprizlər ölkəsidir. İndiki məqamda texniki göstəricilərin bu qədər nümayiş olunması, qazın əhaliyə çatdırılması və bir sıra məsələlər fərqli vəziyyət yaratmağa başladı.
Digər tərəfdən isə çox şey zəlzələdən zərərçəkmiş insanların əhval-ruhiyyəsindən asılı olacaq.

Adətən, bu cür situasiyalarda insanlar özlərini ümidsiz hiss edirlər. Bu ümidsizliyin zərəri çox vaxt iqtidara dəymiş olur".

Deputat həmçinin deyib ki, təbii fəlakətin baş verməsinin səbəbinin Allah tərəfindən olduğunu bilsələr də, yenə də hansısa çatışmazlığın iqtidara aid olduğunu düşünən insan kateqoriyasını da göz önünə almaq lazımdır:

"Uzun illər iqtidarın ortaya qoyduğu müsbət dəyişikliklərlə yanaşı, çatışmazlıqların, nöqsanların da olması labüddür və bütün bunlar gərgin bir çəkişmə vəd edir. Hesab edirəm ki, iqtidarın da dayaqları kifayət qədər möhkəmdir və qalib gəlmək imkanları böyükdür.

Burada daha çox dövlətçi mövqeydən çıxış edən qüvvələrin Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi müşahidə olunacaq, amma narazıçılıq fonunda müxalifətin qazanacağı da görünür. Lakin bütövlükdə bir proqnoz vermək çətindir. Hər bir halda avantaj iqtidarı təmsil edən prezidentliyə namizəd Ərdoğanın tərəfindədir. Çünki dediyim kimi, son 10-12 günün sürpirzlərini gözardı etmək olmaz. Düşünürəm ki, fərqli həmlələrlə yaxın günlərdə bu müşahidə olunacaq. Bu da seçkilərin nəticələrinə, xüsusilə də tərəfsiz qalan seçicilərin müəyyən dərəcədə rəylərinə təsir göstərmiş olacaq".

Mehriban Xəlilli