Rusiya Qarabağdakı rus sülhməramlılarının komandanını geri çağırıb

Rusiya Qarabağdakı rus sülhməramlılarının komandanını geri çağırıb

Bakı. TurkicWorld:

Rusiya Qarabağda müvvəqəti yerləşdirilən rus sülhməramlılarının komandanı Aleksandr Volkovu geri çağıraraq onu başqa bir şəxslə əvəz etmək qərarına gəlib.

TurkicWorld bu barədə çərşənbə axşamı erməni mediasına istinadən xəbər verir.

Rütbəcə general-polkovnik olan yeni komandanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə uzun illər çalışdığı, onun etibarlı adamlarından biri olduğu deyilir.

Məlumatda Aleksandr Volkovun artıq getməyə hazırlaşdığı, yeni komandanın artıq yolda olduğu və yaxın günlərdə gələcəyi deyilir.