Son dəqiqə

Mustafa Şentop Türkiyə və Azərbaycan münasibətləri

Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.

Turkic.World xəbər verir ki, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda keçirilən ilk iclasında iştirak edəcək. 27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq.

Mustafa Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-də isə TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub.

Mövzuya görə xəbərlər