İsrail XİN başçısı Şəhidlər xiyabanını ziyarət edib

İsrail XİN başçısı Şəhidlər xiyabanını ziyarət edib

Bakı. TurkicWorld:

İsrailin xarici işlər naziri Eli Kohen Şəhidlər xiyabanını ziyarət edib.

TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Twitter" hesabında paylaşıb.

Səfir Şəhidlər xiyabanını ziyarət etdiyi üçün israilli nazirə təşəkkürünü bildirib.

Qeyd edək ki, İsrailin XİN başçısı Azərbaycanda rəsmi səfərdədir.