Suriya Ərəb Liqasına qaytarıla bilər

Suriya Ərəb Liqasına qaytarıla bilər

Bakı. TurkicWorld:

Ərəb xarici işlər naziri Ciddə görüşündə Suriyanın Ərəb Liqasına qayıtmasını müzakirə edəcək.

TurkicWorld-un məlumatına görə, liqaya üvz olan ölkələrin XİN rəhbərləri məsələnin müzakirəsi üçün cümə günü Ciddədə görüşəcəklər.

Görüş və müzakirələr Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.

Qeyd edək ki , 2021-ci ildə Suriyada Əsəd rejiminin dinc nümayişçilərə qarşı yürütdüyü sərt siyasət ölkədə vətəndaş müharibəsinə səbəb olub və nəticədə bir milyona yaxın insan həlak olub.

Ərəb liqası 2011-ci ildə Suriyanı üzvlükdən çıxarıb. Bu həm də Suriya rejiminin İran yönlü siyasətinə cavab olaraq atılan addım idi.

Qətər 2011-ci ildə Suriyadakı səfirliyini bağlayan və paytaxtı Dohada Suriya müxalifəti üçün səfirlik yaradan ilk ölkə oldu.