Bakı. TurkicWorld:
Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir.
TurkicWorld xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı bildirib.
Tacikistan Prezidenti deyib: "Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk".