Qırğızıstan XİN rəhbəri ilə Tacikistan prezidenti arasında görüş keçirilib

Qırğızıstan XİN rəhbəri ilə Tacikistan prezidenti arasında görüş keçirilib

Bakı. TurkicWorld:

Düşənbədə Qırğızıstanın xarici işlər naziri ilə Tacikistan prezidenti arasında görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bu gün Tacikistana rəsmi səfəri çərçivəsində ölkə prezidenti Emoməli Rəhmon tərəfindən qəbul edilib. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Qırğız Respublikasının Prezidenti Sadır Caparovun salamlarını çatdıran Kulubayev qeyd edib ki, Tacikistanla ikitərəfli münasibətlərin inkişafı Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Qırğızıstanın xarici işlər naziri həmsöhbətə Qırğızıstan və Tacikistan dövlət başçıları arasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı tərəflərin gedişatı barədə məlumat verib.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin cari məsələlərini və siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə Qırğızıstan-Tacikistan əməkdaşlığının gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Beynəlxalq terrorizm və ekstremizm təhdidlərinə birgə mübarizə sahəsində əməkdaşlıq və BMT, MDB, KTMT və ŞƏT-in regional və beynəlxalq təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Aytac Süleymanova

Twitter: a_alieva_