Bakı. TurkicWorld:
Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul ediləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.
Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.
Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Parlament sədrinin I müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri Ziyafət Əsgərov, Sevil Mikayılova, Elşən Musayev və Əziz Ələkbərli bəyanat layihəsini hazırlasın.