Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq

Macarıstan Bolqarıstan və Rumıniya ilə Azərbaycandan qaz tədarükünə dair saziş imzalayacaq

Bakı. TurkicWorld:

Macarıstan aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin energetika nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycandan Macarıstana 100 milyon kubmetr qazın nəqlinə başlanması ilə bağlı siyasi razılıq əldə olunub.

"Daha sonra tərəflər ildə iki milyard kubmetrə yaxın tədarük üçün uzunmüddətli müqavilə imzalayacaqlar. Hazırda müvafiq şirkətlər detalları müzakirə edir", - deyə nazir bildirib.