...

Ceyhun Bayramov İsrail Prezidenti ilə görüşüb

Siyasət Digər xəbərlər 30 Mart 2023 13:06
TurkicWorld Sabir Alizade
Ceyhun Bayramov İsrail Prezidenti ilə görüşüb

Bakı. TurkicWorld:

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrail Prezidenti Ofisinin tvitter hesabında qeyd edilib.

Bildirilib ki, İsxak Hersoq İsraildə səfirliyin açılması və ilk səfirin təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti