Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

Bakı. TurkicWorld:

İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında qeyd edib.

Bildirilib ki, görüş zamanı regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.