Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başlayıb

Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başlayıb

Bakı. TurkicWorld:

Azərbaycan xariic işlər naziri Ceyhun Bayramov və İsrail XİN rəhbəri Eli Koen arasında görüşü başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə bu barədə E.Koen tvitterdə paylaşım edib.

"30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz", - deyə payşalımda bildirilib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.