Azərbaycan və Pakistanı təkcə iqtisadi və siyasi əlaqələr deyil həm də qardaşlıq əlaqələri bağlayır- Səfir

Azərbaycan və Pakistanı təkcə iqtisadi və siyasi əlaqələr deyil həm də qardaşlıq əlaqələri bağlayır- Səfir

Bakı. TurkicWorld:

Azərbaycan və Pakistanı təkcə iqtisadi və siyasi əlaqələr deyil, həm də qardaşlıq əlaqələri bağlayır.

TurkicWorld-un məlumatına görə, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi bildirib.

"Uzun illər Azərbaycan və Pakistan beynəlxalq platformalarda çiyin-çiyinə olub. Biz Qarabağdan tutmuş Kəşmir probleminə qədər çətin məsələlərdə bir-birimizi dəstəkləmişik. Və əminliklə bəyan edirəm ki, bundan sonra da bir-birimizi dəstəkləyəcəyik", - səfir bildirib.

O qeyd edib ki, 23 mart Pakistan xalqı üçün mühüm tarixdir.

"23 mart ölkəmiz üçün əlamətdar bir tarixdir, Pakistan dövlətinin yarandığı gündür", - B.Hayi əlavə edib.