Son dəqiqə

Türkiyə NATO ABŞ Loyd Ceyms Austin

Türkiyə ABŞ üçün önəmli müttəfiqdir- ABŞ Müdafiə naziri Lloyd Austin

Bakı, TurkicWorld:

Türkiyə ABŞ üçün əhəmiyyətli müttəfiqdir.

TurkicWorld-un məlumatına görə bu barədə ABŞ-ın Müdafiə Naziri Lloyd Austin bildirib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələri gücləndirmək üçün əllərindən gələni edəcəklər.

“Türkiyə NATO üzvüdür və Türkiyə ilə güclü əlaqələrimiz var. NATO müttəfiqlərimiz arasında ortaq əlaqələrin qorunması ABŞ-ın əsas prioritetlərindəndir”, - deyə o əlavə edib.

Məlumat üçün qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılıb. Türkiyənin alıb inventarına əlavə etdiyi 4 ədəd F-35 qırıcısı Arizonadakı Luke Hava Bazasında yerləşir. Türkiyə ABŞ-a ödənilən 1.4 milyard dollar əvəzinə F-16 Blok 70 almaq üçün danışıqlar aparıb.

Mövzuya görə xəbərlər