Türkiyənin minatəmizləmə maşınları Qarabağı minalardan təmizləyir

Türkiyənin minatəmizləmə maşınları Qarabağı minalardan təmizləyir

İşğaldan azad olunan ərazilərin MEMATT (mexaniki minatəmizləyən maşın) markalı texnikalarla təmizlənməsi davam etdirilir.

Bunu Turkic.World-un Qarabağ bürosuna Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kiçik çavuş Mirsəfər Əliyev deyib.

O bildirib ki, texnikalar 500 metr məsafədən idarə olunur: "Minatəmizləmə zamanı partlayış olarkən şəxsi heyətin təhlükəsizliyi təmin edilir. Bu texnika ilə minaların təmizlənməsi gündəlik iş əmsalının artmasına səbəb olur. Ərazi şərtlərinə uyğun olaraq texnika torpağın 20-25 santimetr dərinliyindəki minaları, 170 santimetr enində, 500 metrdən az olmamaq şərtilə 1000 metrə qədər ərazinin minalardan təmizlənməsini təmin edir".