Qlobal Bakı Forumu ilə biz təcrübələri universal şəkildə bir araya toplayarıq - İsmayıl Seragəldin

Qlobal Bakı Forumu ilə biz təcrübələri universal şəkildə bir araya toplayarıq - İsmayıl Seragəldin

Bakı. TurkicWorld:

Biz ağır zamanlardan keçirik. Buna görə insanların bir araya gəlməsi lazımdır.

TurkicWorld-un məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, tarixdə yaşananlardan dərs çıxarmalıyıq.

"İqlim dəyişikliyi ilə yanaşı ərzaq təhlükəsizliyi daha qabarıq ortaya çıxır. Qlobal Bakı Forumu ilə biz universal şəkildə təcrübələri bir araya toplayaraq onların fikirlərindən istifadə etməyə səy göstəririk",- deyə o əlavə edib.