Laçın Xankəndi yolundakı aksiyanın TÜRKPA-nın komissiya iclasında müzakirəsi təklif edilib

Laçın Xankəndi yolundakı aksiyanın TÜRKPA-nın komissiya iclasında müzakirəsi təklif edilib

Bakı. TurkicWorld:

Laçın - Xankəndi yolunda keçirilən dinc aksiyanın TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında müzakirə edilməsi təklif edilib.

TurkicWorld-un məlumatına görə, Milli Məclisin sədr müavini Əli Hüseynli iclas zamanı deyib ki, aksiyaya TÜRKPA-nın dəstək verəcəyini düşünürük.

O qeyd edib ki, son illər TÜRKPA-ya üzv olan dövlətlərin qardaşlığını, birliyini müşahidə edirik.

"85 gündür ki, Laçın Xankəndi yolunda Azərbaycan aktivistləri ətraf mühitin çirklənməsinə qarşı öz etirazlarını bildirirlər. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də TÜRKPA üzv dövlətlərin Azərbaycanın haqq işinə dəstək verəcəyini düşünürük. Fikrimcə, sözügedən məsələ bugünkü iclasda müzakirə ediləcək", - deyə Ə.Hüseynli vurğulayıb.