Türkiyə ilə Misir arasında münasibətlərin inkişafı hər iki tərəf üçün əlverişlidir - Çavuşoğlu

Türkiyə ilə Misir arasında münasibətlərin inkişafı hər iki tərəf üçün əlverişlidir - Çavuşoğlu

Bakı, TurkicWorld:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Misirin xarici işlər naziri Samih Şükrinin görüşü baş tutub. TurkicWorld-un məlumatına görə, görüş mediaya qapalı keçirilib.

Ölkəmizin çətin anlarında Misir Türkiyə dövlətinin və xalqının dostu olduğunu göstərdi. Türkiyə ilə Misir arasında münasibətlərin inkişafı hər iki tərəf üçün əlverişlidir”, - deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu onu da qeyd edib ki, Misir və Türkiyə prezidentləri görüşə bilər.

“Misir və Türkiyə arasında ikitərəfli ticarət, iqtisadi əməkdaşlıq həmişə davam edib. Biz bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq. Bugünkü görüşümüzdə gələcəkdə hansı mövzular üzərində işləyəcəyimizi müzakirə etdik”, - deyə o əlavə edib.

Daha sonra hər iki ölkənin nazirləri Misirin yardım gəmisi üçün Mersin Beynəlxalq Limanında keçiriləcək mərasimə qatılıb.