Azərbaycan əsas strateji tərəfdaşımızdır - Macarıstan XİN rəhbəri

Azərbaycan əsas strateji tərəfdaşımızdır - Macarıstan XİN rəhbəri

Bakı. TurkicWorld:

Azərbaycan təkcə bizim köhnə dostumuz deyil, həm də əsas strateji tərəfdaşımızdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkə hesabında bildirib.

"Azərbaycan Brüsseldə Avropanın enerji təchizatının təhlükəsizliyinin Azərbaycan qazı olmadan həll edilə bilməyəcəyi aydınlaşdıqdan sonra Qərbi Avropa ilə çoxlu yeni dostlar qazanıb.

Azərbaycan təkcə bizim köhnə dostumuz deyil, həm də əsas strateji tərəfdaşımızdır. Bu ruhda biz Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə danışıqlar masası arxasında oturduq", - deyə o əlavə edib.