Azərbaycan ilə Litva arasında parlamentlərarası əməkdaşlıq uğurla inkişaf edir - Nazir müavini

Azərbaycan ilə Litva arasında parlamentlərarası əməkdaşlıq uğurla inkişaf edir - Nazir müavini

Bakı. TurkicWorld :

Hazırda Azərbaycan ilə Litva arasında parlamentlərarası əməkdaşlıq da uğurla inkişaf edir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 15-də Litva Dövlətinin Bərpa Gününün 105 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

O, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Litvaya səfərinin iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

"Litva Prezidenti Gitanas Nausedanın 2022-ci ildə Azərbaycana rəsmi səfəri, çoxsaylı sənədlərin imzalanması, Azərbaycan-Litva biznes forumu çərçivəsində əldə olunan razılaşmalar əlaqələrimizin genişlənməsinə və əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsinə töhfə verib", - deyə X.Xələfov bildirib.

O, həmçinin qeyd edib ki, bu il Davosda keçirilən görüşdə aparılan müzakirələr Azərbaycan və Litva arasında əlaqələrin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.