Bu gün bizim güclü mediaya ehtiyacımız var - “Albayrak Media Group”un rəhbəri

Bu gün bizim güclü mediaya ehtiyacımız var - “Albayrak Media Group”un rəhbəri

Bu gün bizim güclü mediaya ehtiyacımız var. Bizim bu iş birliyimizin güclü Azərbaycan və güclü Türkiyə üçün önəmli olacağını düşünürəm.

Trend-in məlumatına görə, bunu Türkiyənin “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca bu gün Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group” tərəfindən birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimat mərasimində çıxışı zaman deyib.

Ö.Karaca bildirib ki, Turkic.world media platforması türk dünyasının həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli bir vasitə olacaq.

Ö.Karaca vurğulyıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını ermənilərdən geri aldı: “Biz də öz media quruluşlarımız vasitəsilə Azərbaycanın qələbəsini və haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdıq, dünyanın dörd bir tərəfində bu məsələni gündəmdə saxladıq".