Son dəqiqə

Qarabağ Rusiya Ağdərə

Rusiya tərəfi Qarabağda atəşkəs rejiminin pozulduğunu iddia edir

Bakı. TurkicWorld:

Rusiya tərəfi Ağdərə rayonunda atəşkəs rejiminin pozulduğunu iddia edir, xəsarət alan olmayıb.

TurkicWorld Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır.

Qeyd edilir ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

Mövzuya görə xəbərlər