Laçın yolundakı aksiyada əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır - Nazir

Laçın yolundakı aksiyada əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır - Nazir

Bakı. TurkicWorld:

Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə blokada təsəvvürü yaratmağa çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıqdır.

TurkicWorld-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu ondan ibarətdir ki, Azərbaycan tərəfi əlindən gələni edir. Etirazçılar da humanitar fəlakət yaratmaq niyyət və məqsəd yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır.

Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Hər danışdığım rəsmi qurumlara bir daha xatırladıram ki, əsas məqsəd nədir. Silah-sursat və minaların daşınması yolverilməzdir.