Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir - Peter Mixalko

Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir - Peter Mixalko

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı sosial sahədə də səmərəli əməkdalıq edir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko bu gün "Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2" Avropa İttifaqı Tvinninq Layihəsinin açılış mərasimind deyib.

O qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları dəstəkləyir.

P.Mixalko layihənin pensiya sahəsində islahatlar prosesində öz rolunu oynayacağını vurğulayıb.

O əlavə edib ki, "Azərbaycanda pensiya islahatlarına dəstək" tvinninq layihəsi ümumilikdə ölkədə pensiya sisteminin rəqəmsallaşdırılması və bu sistemin uzunmüddətli inkişafı üçün sığorta-pensiya sisteminin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsi və s. ilə bağlı əməli tədbirlərin hazırlanaraq tətbiq edilməsini nəzərdə tutur.