BAKI,TurkicWorld
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası ilə əlaqədar başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Pakistanın Bəlucistan əyalətində baş vermiş, çoxsaylı insanın həyatına son qoyan və yaralanmalara səbəb olan ölümcül kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.
Yaralananlara tezliklə şəfa diləyir, zərərçəkənlərin ən qısa zamanda təhlükəsiz şəraitə çatdırılacağına ümid edirik", - deyə paylaşımda qeyd olunub.
Xəbər yenilənəcək







