Leyla Abdullayeva fransız parlamentarilərin Qarabağla bağlı çağırışına münasibət bildirib

Leyla Abdullayeva fransız parlamentarilərin Qarabağla bağlı çağırışına münasibət bildirib

Bakı, Dekabr 28. /TurkicWorld/

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bir qrup fransız parlamentarilərin “Le Monde” qəzetində dərc olunmuş bir müraciətdə Fransa prezidenti Emmanuel Makrona Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması üçün etdikləri çağırışa münasibət bildirib.

TurkicWorld-un məlumatına görə, səfir bununla bağlı "Twitter" hesabında paylaşım edib.

“Hörmətli Fransa parlamentariləri, Qarabağ, o cümlədən, Laçın yolu Azərbaycanın suveren ərazisidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşları hesab olunur. Ümumbəşəri dəyərlər, mənəvi borc və şərəf sizdən Azərbaycanın sülh səylərini dəstəkləməyi tələb edir,” - deyə paylaşımda bildirilib.