Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, bu barədə Vladimir Zelenski Tvitter-də paylaşım edib.

Vladimir Zelenski türkiyəli həmkarına ukraynalı uşaqlara dəstəyə və Türkiyənin Ukraynaya yüzlərlə generator verməsinə görə təşəkkürünü çatdırıb.

Vladimir Zelenski Ankaranın Kiyevin “GrainFromUkraine” təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Telefon danışığı zamanı taxıl dəhlizi ilə bağlı məsələlər də müzakirə olunub.

Mövzuya görə xəbərlər