Son dəqiqə

Azərbaycan Türkiyə UNESCO TÜRKSOY Öcal Oğuz

Gələn il Azərbaycan TÜRKSOY-un Milli Komissiyalarına sədrlik edəcək

Bakı. TurkicWorld:

Gələn il Azərbaycan TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik edəcək.

TurkicWorld-un məlumatına görə, bunu bu gün TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2023-cü ildə Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrliklə bağlı toplantı keçiriləcək.

“Bu iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Azərbaycana keçəcək”.

Mövzuya görə xəbərlər