Son dəqiqə

Azərbaycan Xarici İşlər Nazirliyi İran ABŞ danışıqları

Rəsmi Bakı ABŞ-İran razılaşmasını alqışlayıb

BAKI,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında əldə olunmuş razılaşmaya dair bəyanat yayıb.

Bəyanatın mətni XİN-in rəsmi saytında dərc edilib.

"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunnuş razılaşmanı alqışlayırıq.

Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk.

Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək", - deyə bəyanatda qeyd edilib.

Mövzuya görə xəbərlər