...

Türkiyə, İsveç və Finlandiya NATO-ya üzvlük məsələsinə dair prosesi müzakirə edəcəklər

Siyasət Digər xəbərlər 29 Noyabr 2022 09:20
TurkicWorld Daspina Hasanova
Türkiyə, İsveç və Finlandiya NATO-ya üzvlük məsələsinə dair prosesi müzakirə edəcəklər

Bakı. TurkicWorld:

Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri noyabrın 29-da Buxarestdə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsinə dair prosesi birlikdə müzakirə edəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov ilə Ankarada birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Görüşün NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində təşkil ediləcəyini diqqətə çatdıran nazir deyib ki, məlum üzvlük məsələsində Finlandiya ilə sıxıntılar o qədər də böyük deyil.

"Daha çox İsveçlə sıxıntılarımız var. İsveç bu istiqamətdə tələb olunan daha ciddi addımlar atmalıdır", - deyə nazir bildirib.

M.Çavuşoğlu təəssüflə qeyd edib ki, tərəflər götürdükləri öhdəliklərin bir qismini yerinə yetiriblər, bəzilərini yerinə yetirməyiblər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti