Aİ Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi diqqət ayırır - Peter Mixalko

Aİ Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi diqqət ayırır - Peter Mixalko

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Azərbaycanın vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi diqqət ayırır.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "Regional sabitlik və inkişaf üçün əməkdaşlıq" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm addımlar atıb.

"Azərbaycanla məhsuldar əməkdaşlığımız sürətli templərlə inkişafını davam etdirir. Biz birlikdə sağlam və dayanıqlı cəmiyyətin qurulmasında çox işlər görə bilərik", - deyə o bildirib.

Səfir qeyd edib ki, son illərdə Aİ bütün prioritet sahələrdə potensialın artırılması proqramları vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyib.

"Aİ siyasət, iqtisadiyyat, ətraf mühit və bir çiox digər sahələrdə tərəfdaşlığı inklüziv dialoq vasitəsilə dəstəkləyəcək", - o əlavə edib.