Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Qırğızıstan BMT Təhlükəsizlik Şurası telefon danışığı Ceenbek Kulubayev

Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik edib

BAKI,TurkicWorld

İyunun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev arasında telefon danışığı baş tutub.

Bu barədəTurkicWorld Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb.

Tərəflər iki ölkə arasında regional və çoxtərəfli platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıblar.

İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər