
Bakı. TurkicWorld:
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açmasına münasibət bildirib.
TurkicWorld-un məlumatına görə, bu barədə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.
“Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq edilib.