Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçiriblər (FOTO)

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçiriblər (FOTO)

Milli Məclisin bir qrup deputatı noyabrın 8-dən 11-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

Trend-in məlumatına görə, səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Erkin Qədirli Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçiriblər.

Baş tutan 20-yə yaxın görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatları avropalı parlamentariləri Qarabağ münaqişəsi bitdikdən sonra Ermənistanın iki ölkə arasında normallaşma prosesinə yaratdığı əngəllər, eyni zamanda Azərbaycanın bölgədə oynadığı vacib rol, regionda yaratdığı reallıqlar barəsində məlumatlandırıblar.

Görüşlərdə Azərbaycanın Avropanın enerji təminatındakı əhəmiyyətinə toxunulub və bundan sonra da bu əməkdaşlığın vacibliyi vurğulanıb.