Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışını ediblər (CANLI) (YENİLƏNİB)

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışını ediblər (CANLI) (YENİLƏNİB)

Bakı. TurkicWorld:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Hava Limanına eniş edib.

R.T.Ərdoğanı səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər müşayiət edir.