Son dəqiqə

Azərbaycan İran Abbas Əraqçi İran Xin

İranın xarici işlər naziri Azərbaycana təşəkkür edib

BAKI,TurkicWorld

Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə təşəkkürümü bildirirəm.

TurkicWorld-ün məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm.

Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir", - deyə o bildirib.

Mövzuya görə xəbərlər